...

Türkiyədə zəlzələdə həlak olanların sayı 49 589-a çatıb

Dünya xəbərləri Materials 18 Mart 2023 20:52 (UTC +04:00)
Türkiyədə zəlzələdə həlak olanların sayı 49 589-a çatıb

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 49 589-a yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Fuat Oktay bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti