...

ABŞ Ukraynaya daha 350 milyon dollarlıq hərbi yardım paketi ayırıb

Dünya xəbərləri Materials 21 Mart 2023 00:17 (UTC +04:00)
ABŞ Ukraynaya daha 350 milyon dollarlıq hərbi yardım paketi ayırıb

Bakı. Trend:

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi təqdim edib, onun həcmi təxminən 350 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasında bildirilib.

"Bu gün (20 mart) [ABŞ] prezidenti Co Baydenin mənə verdiyi səlahiyyətə əsasən, mən ABŞ-ın Ukrayna üçün 350 milyon dollar dəyərində 34-cü silah və hərbi texnika paketinə razılıq verirəm", - E.Blinken qeyd edib.

Bildirilib ki, bu paketə, xüsusilə, "HIMARS" çoxsaylı buraxılış raket sistemləri və haubitsaları üçün döyüş sursatı, "Bradley" piyada döyüş maşınları üçün sursat, HARM anti-radar raketləri, tank əleyhinə silahlar və çay qayıqları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti