...

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 21 Mart 2023 02:46 (UTC +04:00)
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin yaydığı bəyanata bildirilib. Məlumata əsasən, sanksiya İranın 8 fiziki şəxsinə, hakimlər və parlament üzvlərinə qarşı tətbiq edilib.

Bəyanatda deyilir ki, İranda keçirilən kütləvi aksiya iştirakçılarının ölüm hökmünə məhkum edilməsi insan hüquqlarını kobudcasına pozmaqdır. Hakimlərə və parlament üzvlərinə qarşı sanksiyalar məhz etirazçılara ölüm hökmlərinin çıxarılmasına görə tətbiq edilib.

Aİ İranın 204 fiziki və hüquqi şəxsinə, eləcədə 34 təşkilatına sanksiyalar tətbiq edib. Bu şəxslərin və təşkilatların Aİ-yə daxil olan dövlətlərin banklarındakı maliyyə aktivləri dondurulacaq, onlar İttifaqın üzvü olan dövlətlərin ərazisinə buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti