...

Çavuşoğlu Türkmənistanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 2 Aprel 2023 16:23 (UTC +04:00)
Çavuşoğlu Türkmənistanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Bakı. Trend:

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Türkiyə ilə Türkmənistan arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti