...

G7 ölkələri istixana qazları tullantılarının azaldılması üçün çağırış edəcəklər

Dünya xəbərləri Materials 3 Aprel 2023 07:48 (UTC +04:00)
G7 ölkələri istixana qazları tullantılarının azaldılması üçün çağırış edəcəklər

Bakı. Trend:

G7 ölkələrinin energetika və ətraf mühit nazirlərinin birgə bəyanatı beynəlxalq birliyi orta temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün CO₂ emissiyalarını azaltmağa davam etməyə çağıracaq.

Trend-in məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər verib.

Məlumata əsasən, birgə bəyanat layihəsinə görə, G7 nazirləri orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq üçün 2035-ci ilə qədər istixana qazları tullantılarının azaldılması fikrini dəstəkləyəcəklər. Nazirlərin görüşü aprelin 15-16-da Yaponiyanın Sapporo şəhərində keçiriləcək.

Xatırladaq ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üçün Paris sazişi imzalanıb. Saziş çərçivəsində iştirakçı ölkələr orta temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə CO₂ emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti