Bakı. Trend:
Rusiyada son sutka ərzində 8 008 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 22 714 988 nəfərə çatıb.
Eyni zamanda, son sutkada 36 nəfər koronavirusun qurbanı olub, 7 307 nəfər isə koronavirusdan sağalıb.
Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 397 570 nəfər, sağalanların sayı isə 22 088 256 nəfər təşkil edir.