...

Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 18 Aprel 2023 15:28 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ordusu tərəfindən Suriyanın şimalındakı hərbi qərargahlara hücum cəhdindən sonra 12 terrorçu zərərsizləşdirilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar danışıb.

"Mehmetçik İraqın şimalındakı Zap bölgəsində terrorçuların istifadə etdiyi mağaraya əməliyyat təşkil edib. Çoxlu sayda silah-sursat ələ keçirilib", - deyə Akar bildirib.

Qeyd edək ki, 17 aprel tarixində PKK/YPG terrorçuları Suriyanın şimalında Türkiyə hərbi bazasını bombalayıb və nəticədə 4 əsgər yaralanıb. Türkiyə Ordusu bu hücuma dərhal reaksiya verib və 10 PKK/YPG terrorçusunun zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti