...

Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 3 milyard avro yardım edəcəyini təsdiqləyib

Dünya xəbərləri Materials 21 Aprel 2023 21:21 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 3 milyard avro yardım edəcəyini təsdiqləyib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadiyyatın real sektorlarını və ölkənin özəl biznesini dəstəkləmək üçün 2022-2023-cü illər üçün Ukraynaya 3 milyard avroya qədər yardım göstərməklə bağlı əvvəlki vədini yerinə yetirmək əzmində olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, təşkilatın rəhbəri Odil Renault-Basso bu barədə Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verib.

"Biz gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi saxlamaq və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Bura investisiya və islahat gündəliyinə davamlı dəstək daxildir", - deyə Renault-Basso bildirib.

Bank Ukraynaya beş əsas yardım istiqaməti müəyyən edib. Bunlar enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, əsas infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinə likvidliyin təmin edilməsidir.

Xatırladaq ki, keçən il bank Ukraynaya 1,7 milyard avro ayırıb, həmçinin tərəfdaş maliyyə institutlarından daha 200 milyon avro cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti