...

Kamçatkada 5,0 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 22 Aprel 2023 07:58 (UTC +04:00)
Kamçatkada 5,0 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kamçatkanın Avaça körfəzində 5,0 bal gücündə zəlzələ baş verib, Petropavlovsk-Kamçatskidə 2-3 bal gücündə təkanlar hiss edilib.

Trend-in məlumatına görə, bu barədə Kamçatka diarı üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 74 km cənubda, Avaça körfəzi sularında yerləşib.

İlkin məlumata görə, ölən və dağıntılar yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti