Bakı. Trend:
Bugün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən Milli Döyüş təyyarəsinin adını açıqlayacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi rəhbəri İsmail Demir bildirib.
Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan təyyarənin məqsədi ABŞ-dan alınan qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.