...

Türkiyədə yerli çip istehsalı üçün şirkət qurulub

Dünya xəbərləri Materials 10 May 2023 10:33 (UTC +04:00)
Türkiyədə yerli çip istehsalı üçün şirkət qurulub

Bakı. Trend:

Türkiyədə yerli çip istehsalı üçün TÜYAR şirkəti qurulub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesi rəhbəri İsmail Demir məlumat verib.

"Yeni qurulan TÜYAR şirkətinin əsas vəzifəsi Türkiyədə çip siyasətini prioritetləşdirmək, bununla bağlı müxtəlif əməkdaşlıq və investisiyaları həyata keçirməkdir", - deyə İ.Demir əlavə edib.

Demir onu da qeyd edib ki, əvvəl terrorla mübarizədə istifadə edilən, lakin daha sonra istifadəsiz qalan divar arxası radar sistemi zəlzələ bölgələrində yenidən istifadə edilib və 30-dan çox zəlzələ qurbanının dağıntılar altından çıxarılmasında böyük rolu olub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti