...

Meksikada silahlı hücum nəticəsində 10 nəfər ölüb

Dünya xəbərləri Materials 22 May 2023 03:48 (UTC +04:00)
Meksikada silahlı hücum nəticəsində 10 nəfər ölüb

Bakı. Trend:

Meksikanın şimalında Ensenada şəhərində “Offroad” avtomobil yarışının keçirildiyi əraziyə silahlı hücum nəticəsində 10 nəfər ölüb.

Trend xəbər verir ki, yerli KİV-in məlumatına görə, əraziyə mikroavtobusla gələn silahlıların atəş açması nəticəsində 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub və polis ərazini təhlükəsizlik kordonuna alıb.

Ensenada Bələdiyyə başçısı Armando Ayala Robles açıqlamasında hadisədən çox kədərləndiklərini bildirib və prokurorluğun, federal polislə birgə cinayətkarların tapılması üçün çalışdığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti