...

Bayden ABŞ-da defolt üzrə danışıqlarda irəliləyiş olduğunu açıqladı

Dünya xəbərləri Materials 26 May 2023 01:38 (UTC +04:00)
Bayden ABŞ-da defolt üzrə danışıqlarda irəliləyiş olduğunu açıqladı

Bakı. Trend:

ABŞ administrasiyası və Konqresi ölkədə defoltun qəbuledilməz olduğu və dövlət borcunun həddinin artırılması ilə bağlı danışıqlarda irəliləyiş olduğu qənaətindədirlər.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Co Bayden deyib.

"[Nümayəndələr Palatasının] Spikeri Kevin Makkarti və mən bəzi məhsuldar söhbətlər etdik. Və əslində, bizim köməkçilərimiz bu dəqiqələrdə görüşlər keçirməyə davam edirlər. Və onlar irəliləyiş əldə edirlər", - deyə ABŞ prezidenti bildirib.

C.Bayden qeyd edib ki, milli borc üzrə defoltun doğru seçim olmadığını bir neçə defə deyib.

"Konqres rəhbərliyi bunu başa düşür. Və hamısı razılaşdılar ki, defolt olmayacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti