Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ prezidenti Co Baydenlə dövlət borcunun tavanının artırılması və ölkədə mümkün defoltun qarşısının alınması məsələsində prinsipial razılaşmanı təsdiqləyib.
Trend xəbər verir ki, K.Makkarti bildirib ki, razılaşma tarixi xərclərin azaldılmasını və insanların yoxsulluqdan çıxıb iş dünyasına keçməsinə və hökumətin həddindən artıq müdaxiləsini məhdudlaşdırmağa kömək edəcək mühüm islahatları ehtiva edir. O vurğulayıb ki, razılaşmada yeni vergilər, dövlət proqramları yoxdur.
Spiker həmçinin bildirib ki, dövlət borcunun tavanının artırılması və xərclərin azaldılması təşəbbüsünün mətni mayın 28-də dərc olunacaq, Nümayəndələr Palatasında sənədə səsvermə isə mayın 31-də keçiriləcək.
Bundan sonra təşəbbüs Konqresin Senatı tərəfindən təsdiq edilməli, sonra isə imza üçün prezident Baydenə göndəriləcək.