Bakı. Trend:
Rostovda vəziyyət mürəkkəb olaraq qalır.
Trend şənbə günü xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rostovda vəziyyətin stabilləşməsi üzrə qətiyyətli tədbirlər görülüb. Vəziyyət mürəkkəb olaraq qalır. Mülki və hərbi idarəetmə orqanlarının fəaliyyəti faktiki olaraq bloklanıb", - o deyib.
V.Putin ölkəni müdafiə etmək, konstitusiya nizamını qorumaq üçün hər şey edəcəyini bildirib.
"Silahlı üsyanı təşkil edən və hazırlayanlar, döyüş yoldaşlarına silah qaldıranlar Rusiyaya xəyanət etdilər və buna görə cavab verəcəklər. Bu cinayətə qarışmağa təhrik olunanları isə bu fəlakətli və faciəvi, təkraredilməz səhvi etməməyə, yeganə düzgün seçimi etməyə və cinayətkar fəaliyyətlərdə iştirakı dayandırmağa çağırıram", - Rusiya prezidenti deyib.