...

Taxıl dəhlizi ilə Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub - Nazir

Dünya xəbərləri Materials 25 İyun 2023 14:27 (UTC +04:00)
Taxıl dəhlizi ilə Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub - Nazir

Bakı. Trend:

"Taxıl dəhlizi" vasitəsilə Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"1 avqust 2022-2023-cü il tarixləri arasında daşınan taxılın ümumi miqdarı 32 milyon tondur. Türkiyə limanlarının qəbul etdiyi taxılın həcmi isə 3 milyon 659 min tondur. Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub. 44 ölkənin yer aldığı siyahıda 987 gəmidən 290-ı Türkiyə bayraqlıdır", - deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti