Bakı. Trend:
"Falcon" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 11:58-də baş tutacaq.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 93-cü, bu ilin əvvəlindən isə 24-cü buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,7 mindən çoxunu orbitə çıxarıb.