...

Hindistanın şimalında güclü leysan nəticəsində 28 nəfər ölüb

Dünya xəbərləri Materials 10 İyul 2023 08:33 (UTC +04:00)
Hindistanın şimalında güclü leysan nəticəsində 28 nəfər ölüb

Bakı. Trend:

Şimali Hindistanda cümə günü axşamdan bəri bölgəyə yağan güclü musson yağışları nəticəsində azı 28 nəfər ölüb.

Trend-in məlumatına görə, paytaxt Deli dairəsində (buraya Yeni Deli daxildir), həmçinin Himaçal Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan ştatlarında baş verən leysan yağışlar daşqınlara, torpaq sürüşmələrinə, binaların çökməsinə səbəb olub.

Dağətəyi rayonlarda Ravi, Beas, Satlej və Çənab çayları daşıb. Himaçal-Pradeş ştatında ciddi vəziyyət yaranıb, burada yağışın yaratdığı sürüşmə və daşqınlar bir neçə rayonda həyatı iflic edib. Su və palçıq axınları evləri, mağazaları, avtomobilləri və yük maşınlarını aparıb.

Çaylarda suyun səviyyəsinin təhlükəli həddən yuxarı qalxdığı qonşu Uttarxandda da sürüşmə və daşqınlar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti