...

BMT rəsmisi Qara dəniz Taxıl Dəhlizi Sazişi üçün Türkiyəyə təşəkkür edib

Dünya xəbərləri Materials 22 İyul 2023 13:03 (UTC +04:00)

Bakı. Trend:

BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə hallar üzrə koordinator Martin Qriffits Qara dəniz Taxıl Dəhlizi Sazişinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edib.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı bildirib.

"Taxıl dəhlizi təşəbbüsü ərzaq qiymətlərinin artmasına qətiyyətli beynəlxalq cavab idi. Razılaşma həm də yaxşı niyyətlə nəyəsə nail ola biləcəyimizə işarə idi”, - deyə o çıxışında vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti