Bakı. Trend:
Rusiya və bu həftə Rusiya-Afrika sammitində iştirak edən ölkələr Moskvanın taxıl və gübrə ixracını müzakirə edəcəklər.
Trend xəbər verir ki, "Ria Novosti" agentliyinin dərc etdiyi məlumatda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerovun belə dediyi vurğulanıb.
İkinci Rusiya-Afrika sammiti 27-29 iyul tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Qeyd edək ki, ötən həftə Rusiya Ukaynadan təhlükəsiz taxıl ixracını təmin edən Qara dəniz taxıl dəhlizi sazişinə Moskvanın şərtlərinə riayət olunmadığını əsas gətirərək xitam vermişdi.