Bakı. Trend:
Fransa öz vətəndaşlarını Nigerdən təxliyə etməyə hazırlaşır.
Trend xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Nigerin paytaxtı Niameydə Fransa vətəndaşlarının təxliyəsi üzrə əməliyyata hazırlıq görüldüyünə dair məlumatı təsdiqləyib.
"Nigerdə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq və Niameydə nisbi sakitliyə ümid edərək hazırda Niameydən hava yolu ilə təxliyə əməliyyatına hazırlıq görülür. Əməliyyat "Niger qüvvələri ilə koordinasiya" əsasında həyata keçirilicək" - Fransa səfirliyinin çərşənbə axşamı həmyerliləri arasında yaydığı məlumatda deyilir.
Fransa Xarici İşlər Nazirliyi təxliyənin "ən yaxın zamanda" həyata keçiriləcəyini bildirir.
Qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Mohamed Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.
Bunun ardınca Nigerdə minlərlə insan Fransa və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qarşı etiraz aksiyasında iştirak edib. Aksiya iştirakçıları Nigerin paytaxtı Niameydə Fransa səfirliyinin qarşısında toplaşaraq Fransa və ECOWAS əleyhinə şüarlar səsləndiriblər.