Bakı.Trend:
Türkiyədə Şile dənizi sahillərində tapılan top mərmiləri Sualtı Müdafiə Qrup Komandanlığının (SAS) qərarı ilə komandalar tərəfindən zərərsizləşdirilir.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, sözügedən yerdə ən azı 28 sursat aşkar edilib.
Qeyd edək ki, 28 iyul tarixində Şile sahillərində partlamamış top mərmiləri aşkar edilib. Hadisə yerinə jandarma və yanğınsöndürənlər göndərilib. Çimərlik boşaldılıb və giriş qadağan edilib.