...

İstanbul polisi İŞİD-in 10 min nəfərlik terrorçu siyahısını ələ keçirdi

Dünya xəbərləri Materials 9 Avqust 2023 11:02 (UTC +04:00)
İstanbul polisi İŞİD-in 10 min nəfərlik terrorçu siyahısını ələ keçirdi

Bakı. Trend:

İŞİD-in dünyaya yayılan 9 min 952 nəfərlik terrorçu siyahısı İstanbul polisi tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Özbəkistanda İran kəşfiyyatına işləyən 5 nəfərlik casus ilə İŞİD üzvləri arasında həyata keçiriləcək "yük" bazarlığı İstanbul polisi tərəfindən tutulub.

Tərcümə edilən telefon dinləməsi göstərib ki, İŞİD bütün dünyada yataq kamerası sistemi ilə həyata keçiriləcək silahlı və bombalı hərəkatlar planlaşdırır.

İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD-in siyahısı ilə yanaşı, bu siyahını 8,5 milyon avroya almağa razı olan İran kəşfiyyatına işləyən 5 casus və kuryer də tutulub.

Polis tərəfindən ələ keçirilən rəqəmsal yükdən bütün dünyaya yayılan 9 min 952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, fotoları, tərcümeyi-halları və şəxsiyyət məlumatları tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti