Bakı. Trend:
Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili deyib.
Bildirilib ki, iki nəfərin axtarışları davam edir.
Qeyd edək ki, sürüşmə avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort ərazisində baş verib.