Bakı. Trend:
İspaniya polisi 9,5 tona yaxın kokain müsadirə edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İspaniya Polisi məlumat yayıb.
Məlumata görə, Ekvadordan gələn banan yükü yoxlanan zaman yeşiklərdə gizlədilmiş narkotik vasitə aşkarlanıb.
Qeyd edilib ki, böyük partiyada narkotik vasitə Avropadakı kriminal dairələr tərəfindən qəbul edilməli idi, lakin həmin cinayətkar təşkilatların və şəbəkələrin adı çəkilməyib.