Bakı. Trend:
Avropa Komissiyası yaxın aylarda xəstəliyə yoluxma hallarının sayında növbəti artıma hazırlıq çərçivəsində COVID-19 əleyhinə vaksinin yeni versiyasına –“Comirnaty XBB.1.5”ə yaşıl işıq yandırıb.
Trend “Euronews”a istinadən xəbər verir ki, o, virusun yeni variantlarına reaksiya vermək məqsədilə “BioNTech-Pfizer” şirkəti tərəfindən işlənib hazırlanıb.
Brüsselin yaydığı kommünikedə deyilir ki, bu, xəstəlik ilə mübarizədə daha bir mühüm mərhələni qeyd edən vaksinin üçüncü uyğunlaşmasıdır. Yeni variant böyüklər, uşaqlar və altı aydan yuxarı körpələr üçün təsdiq edilib.
Avropa Dərman Vasitələri Agentliyinin əvvəlki tövsiyələrinə əsasən, vaksinasiya COVID-19 əleyhinə peyvənd tarixçəsindən asılı olmayaraq, bir dəfə aparılmalıdır.