...

İspaniyada leysan yağışları və daşqın: ölənlər və itkin düşənlər var

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 03:19 (UTC +04:00)
İspaniyada leysan yağışları və daşqın: ölənlər və itkin düşənlər var

Bakı. Trend:

İspaniyada güclü yağışların səbəb olduğu sel fəlakəti zamanı 3 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

Trend İspaniya mediasına istinadən xəbər verir ki, sentyabrın 2-dən davam edən leysan yağışları ilə müşayiət olunan şiddətli tufanlar səbəbindən Madrid, eləcə də Əndəlus və Kastiliya-La-Mança regionları üçün təhlükənin ən yüksək səviyyəsi açıqlanıb.

İspaniyanın paytaxtında güclü yağışın yaratdığı daşqın zamanı bir neçə körpünü su aparıb. Bazar ertəsi səhər bir neçə metro xətti və cənub şəhərlərinə sürətli dəmir yolu əlaqələri bağlanıb.

Ölkəyə yağan leysan yağışları Madrid, Kastiliya, Kataloniya və Valensiyada küçələri sözün əsl mənasında çaylara çevirib. Bəzi yerlərdə dolu da yağıb.

Təcili yardım xidmətləri itkin düşənlərin axtarışına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti