Bakı. Trend:
Sudanın Suveren Şurasının rəhbəri, ordu komandanı Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə "Sudan Tribune" portalı Saudan Maliyyə Nazirliyinin açıqlamasına istinadən bildirib.
"Maliyyə və İqtisadi Planlaşdırma naziri Cibril İbrahim əl-Burhanı 20-25 sentyabr tarixlərinə ABŞ-da planlaşdırılan görüşlərdə iştirak etmək üçün müşayiət edəcək", - deyə qeyd olunub.
Məlumata əsasən, nümayəndə heyətinə xarici işlər naziri vəzifəsini icra edən Əli əs-Sadiq də daxildir.