...

Bu ölkə Rusiya ilə sərhədi minalayacaq

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 10:07 (UTC +04:00)
Bu ölkə Rusiya ilə sərhədi minalayacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Rusiya ilə sərhədə tank əleyhinə minalar basdırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Latviyanın yenilənmiş dövlət müdafiə konsepsiyasında qeyd olunub.

Konsepsiyada ölkənin şərq sərhədinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Latviyanın Rusiya ilə sərhədində tank əleyhinə minalar yerləşdirilməsi və digər mühəndislik həlləri nəzərdə tutulur.

Konsepsiya Latviyanın müdafiə naziri İnara Murnietse təqdim olunub. O, sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə daxil olduğunu, lakin Müdafiə Nazirliyinin də sərhədlərin gücləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı fikirlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Latviya, Litva və Polşa avqustun əvvəlində "kritik vəziyyətdə" Belarusla sərhədi bağlama mexanizmini razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti