...

ABŞ Ukraynaya zirehli texnika təhvil verəcək

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 01:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukrayna Silahlı Qüvvələrinə 190 MRAP zirehli maşın göndərəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Kiyevdəki səfiri Bridcet Brink "X" (Twitter) hesabında bildirib.

Bildirilir ki, avtomobillərin ilk nümunələri artıq ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfəri zamanı təhvil verilib.

MRAP zirehli maşınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına Ukraynada, xüsusən də cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalini qorumağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti