...

Almaniyanın maliyyə naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 03:21 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun ardınca Almaniyanın maliyyə naziri Kristian Lindner koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi xəbər verib.

Məlumata əsasən, K.Lindnerin koronavirusla bağlı testi pozitiv çıxıb. Bununla əlaqədar olaraq, nazirin yaxın günlərdə keçiriləcək bütün görüşləri ləğv edilməli olub.

Maliyyə Nazirliyinin rəhbərində xəstəliyin yüngül simptomları var. O evdən işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti