...

İrəvanda kütləvi etiraz aksiyaları - saxlanılanların sayı 200-ü ötdü

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 13:03 (UTC +04:00)
İrəvanda kütləvi etiraz aksiyaları - saxlanılanların sayı 200-ü ötdü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 200-ü ötüb.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Ermənistanın "Daşnaksütyun" Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, polis zorakılığına baxmayaraq, paytaxt və vilayətlərdə itaətsizlik aksiyaları davam edir.

xxx

10:22

İrəvanda hökumətə qarşı kütləvi etirazlarda 53 nəfər saxlanılıb.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, İrəvanda sentyabrın 19-dan Nikol Paşinyan hakimiyyətindən narazı vətəndaşlar tərəfindən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.

Paşinyan hakimiyyətinə qarşı etirazlarda saxlanılanlar arasında keçmiş prezident Robert Koçaryanın oğlui Levon Koçaryan da var. Dörd polis əməkdaşını döyməkdə ittiham olunan Levon 1 ay müddətinə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti