...

Avropada ən qısa və ən uzun iş həftəsi açıqlanıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 13:15 (UTC +04:00)
Avropada ən qısa və ən uzun iş həftəsi açıqlanıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Avropada əsas işlərdə çalışan 20-64 yaşlı insanlar arasında adi iş həftəsi orta hesabla 37,5 saat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ)Statistika İdarəsi olan "Eurostat" məlumat yayıb.

Məlumata görə, Aİ ölkələri arasında ən qısa iş həftəsi 33,2 saat olmaqla Niderlandda, ən uzun iş həftəsi isə 41 saat olmaqla Yunanıstanda qeydə alınıb.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilər isə 2022-ci ildə Aİ-də ən uzun iş həftəsinə (43,9 saat) sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti