Bakı. Trend:
ABŞ “Abrams” tanklarının ilk partiyasını Ukraynaya nəzərdə tutulan vaxtdan əvvəl çatdırıb.
Trend xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ-nin iki rəsmi şəxsinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, tanklar Kiyevə “vaxtından bir neçə ay əvvəl çatdırılıb və Ukraynanın əks-hücum əməliyyatlarında istifadə oluna bilər”.
Nəşrin həmsöhbətləri onu da bildiriblər ki, qalan tanklar yaxın aylarda təhvil veriləcək. Lakin rəsmilər hazırda Ukraynaya nə qədər “Abrams” göndərildiyini açıqlamayıblar.
Qeyd edək ki, sentyabrın 21-də ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı “Abrams” tanklarının bu həftə Ukraynaya çatdırılması planlarını açıqlamışdı.