Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ senatoru Qeri Pitersi qəbul edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, senator Qeri Pitersin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-dən Ermənistanda səfərdədir.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ABŞ-Ermənistan münasibətləri, həmçinin, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsinin müzakirə olunacağı bildirilib.