...

Moldovada Aİ-yə üzvlük planı ictimai müzakirəyə çıxarılıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 07:47 (UTC +04:00)
Moldovada Aİ-yə üzvlük planı ictimai müzakirəyə çıxarılıb

Bakı. Trend:

Moldova hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması planını ictimai müzakirəyə təqdim edib.

Trend-in məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Niku Popesku özünün Facebook səhifəsində yazıb.

O bildirib ki, hazırda milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunluğu qiymətləndirilir.

“Mən bütün maraqlı tərəfləri ictimai məsləhətləşmələrdə iştirak etməyə, rəy və təkliflərini bölüşməyə dəvət edirəm”, - deyə Popesku əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti