...

Hakan Fidan Ankarada bir sıra diplomatik görüşlər keçirib

Dünya xəbərləri Materials 4 Oktyabr 2023 00:17 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Ankarada bir sıra diplomatik görüşlər keçirib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım edib.

Fidan Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Hadi əl-Bəhra, Suriya Danışıqlar Komissiyasının sədri Bədir Kamyu və Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafanı qəbul edib.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Ankarada Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Michael Spindelegger ilə də görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti