Bakı. Trend:
ABŞ-də 115 çürümüş insan meyitinin qalıqları tapılıb.
Trend xəbər verir ki, çürümüş meyitlər Kolorado ştatında cənazə evində aşkarlanıb.
Məlumata görə, ətrafdakı insanlar evdən pis qoxunun gəldiyini bildirərək polisə müraciət ediblər.
Fremont vilayətinin Polis İdarəsi "Təbiət Cənazə Evinə Dönüş" adlı iş yerində araşdırma aparıb. Polis çürümüş cəsədlərin şəxsiyyəti müəyyən olunması üçün hərəkətə keçib.