Bakı. Trend:
İsrailin müdafiə naziri Yoav Qalant “xüsusi təhlükəsizlik vəziyyətinin” bütün ölkəyə yayılmasına göstəriş verib.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Bundan əvvəl İsrailin mərkəzi hissəsində və ölkənin cənubunda Qəzza zolağından 80 km radiusda xüsusi vəziyyət tətbiq edilib.
Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.