...

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı mini ötüb

Dünya xəbərləri Materials 8 Oktyabr 2023 09:23 (UTC +04:00)
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı mini ötüb

Bakı. Trend:

Əfqanıstanın qərbində baş verən zəlzələdə azı 1000 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Erfanullah Şərəfzoiyə istinadən bildirib.

Qeyd edək ki, Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti