Yeni Kalidoniyanı Fransa Senatında təmsil edən senator Robert Xovie parlamentin yuxarı palatasında Fransa hökumətinə xitabən tənqidi fikirlər səsləndirib.
Trend xəbər verir ki, Robert Xovie parlamentin yuxarı palatasında Kanak xalqının fransız xalqına düşmən olmadığını deyib:
“Kanak xalqı fransız xalqının düşməni deyil. O, 70 illik müstəmləkə tarixinə son qoymaq istəyir. Hökumət 6 sentyabr 2023-cü ildə Konstitusiyaya yenidən baxılmasına əsas olacaq bir razılaşma layihəsini təqdim edib. Bu sənəd Kaledoniya sakinlərinin Yeni Kaledoniyanın Fransanın bir hissəsi olaraq qalmasını istədiklərini ifadə etmələri ilə başlayır. Kaledoniya tarixçisi Jose Barbanson, Kaledoniya xalqının kanak xalqı olmadan mövcud olmadığını söyləyirdi”.
O, əlavə edib ki, Fransa hökumətinin Yeni Kalidoniyada keçirtdiyi sonuncu referendum BMT qarşısında mübahisələndirilib. Bu, Yeni Kalidoniyanin dekolonizasiya olunmalı olan ərazilər siyahısından çıxarılması üçün Fransanın bir bəhanəsi olub. Həmçinin, Fransanın davranışları Numea sazişini Konstitusiya dəyərindən məhrum edərək, onu əvəz etmək məqsədi daşıyır.
“Fransa hökuməti 1998-ci ildə əldə edilmiş tarazlığa zidd olaraq müstəmləkəçilik məskunlaşmasını qanuniləşdirir. Qərəzsizliyin olmaması bu gün nəticəsiz müzakirələrə səbəb olur. Dövlət anlamağa bacarmalıdır ki, müdrikliyin vaxtı gəlib”, - deyə R. Xovie
Xüsusi vurğulanmalıdır ki, bu Yeni Kalidoniya nümayəndəsinin Fransa Senatında ilk çıxışı kimi yadda qalıb. Sadalan fakt Yeni Kalidoniyada müstəqillik uğrunda mübarizədə yeni proseslərin cərəyan etdiyini bir daha sübut edir.