...

Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 03:55 (UTC +04:00)
Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi təqdim edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Tred:

Rusiya BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edib.

Trend-in məlumatına görə, sənəddə Yaxın Şərqdə tərəflər atəşkəsə çağırılır, HƏMAS-ın hücumları və girovların saxlanılması pislənilir. “Bütün tərəflər tərəfindən riayət ediləcək dərhal və davamlı humanitar atəşkəsə çağırırıq”, - sənəddə deyilir.

Rusiya Federasiyasının qətnaməsinin yeni layihəsində yanacaq da daxil olmaqla, Qəzzaya zəruri malların maneəsiz çatdırılması yer alıb. Sənəddə bildirilir: "Mülki şəxslərə elektrik enerjisi, su, yanacaq, ərzaq və dərman da daxil olmaqla, zəruri malların davamlı və maneəsiz verilməsinə çağırırıq". Qətnamə layihəsində vurğulanır ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslərin əsas ehtiyaclardan məhrum edilməmələrinə zəmanət vermək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti