...

Maykl Cekson “Forbes”in ən çox qazanan mərhum məşhurlar siyahısına başçılıq edir

Dünya xəbərləri Materials 1 Noyabr 2023 03:32 (UTC +04:00)
Maykl Cekson “Forbes”in ən çox qazanan mərhum məşhurlar siyahısına başçılıq edir

Bakı. Trend:

Maykl Cekson “Forbes”in ən çox qazanan mərhum məşhurlar siyahısına başçılıq edir. Onun ardınca Elvis Presli və “The Doors” qrupunun üzvü Rey Manzarek yer alıblar.

Trend-in məlumatına görə, Maykl Cekson (1958-2009) “Forbes” jurnalının ən çox qazanan mərhum məşhurlar siyahısında birinci yeri tutub. Reytinq nəşrin saytında dərc olunub.

Jurnalın məlumatına görə, son bir ildə ən çox qazanan 13 mərhum məşhurun gəlirlərinin ümumi məbləği ötən illə müqayisədə 70 faiz azalaraq 470 milyon dollar təşkil edib. Gəlirlərin kəskin azalması qismən musiqi kataloqlarının satışının azalması ilə əlaqədardır. Lakin, vəfat edən məşhurların yarısından çoxu əqli mülkiyyətin satışı sayəsində sərvətlərini artırıblar.

Ceksonun sərvəti ötən il 115 milyon dollar artıb. Bu məbləğə müğənninin həyat və yaradıcılığına həsr olunmuş Brodvey müziklindən 85 milyon dollar gəlir daxildir. Bundan əlavə, Ceksonun sərvətinə “Michael Jackson” tamaşasından milyonlar daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti