...

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 5 Noyabr 2023 17:54 (UTC +04:00)
Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Aydın vilayətində leysan yağışları selə səbəb olub.

Trend-in məlumatına görə, Söke, Koçarlı və Karpuzlu rayonlarında çaylar daşıb, yaşayış məntəqələrini su basıb.

Məlumata əsasən, Söke rayonunda 3 nəfər sel nəticəsində ölüb, 1 nəfər isə iktin düşüb.

Seldən zərər çəkmiş bölgələrə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma və polis əməkdaşlarının cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl hadisə nəticəsində 2 nəfərin ölməsi barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti