...

Aİ Türkiyəyə qarşı ədalətsiz davranır, təhdid yaradır - Rəsmi Ankara

Dünya xəbərləri Materials 9 Noyabr 2023 09:49 (UTC +04:00)
Aİ Türkiyəyə qarşı ədalətsiz davranır, təhdid yaradır -  Rəsmi Ankara
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkəmizə qarşı ədalətsiz və qərəzli davranır.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Aİ-nin noyabrın 8-də quruma namizəd ölkələrlə bağlı yaydığı hesabata münasibətində qeyd olunub.

Bildirilib ki, Aİ-nin bu yanaşması bir çox təhlükə ilə üzləşən qitənin gələcəyi üçün əlavə narahatlıqlar yaradır:

“Biz əsassız iddiaları və haqsız tənqidləri qəti şəkildə rədd edirik. Xüsusilə, məhkəmə sistemi və insan azadlıqları ilə bağlı iddiaları qəbul etmirik”.

Vurğulanıb ki, Aİ ədalət və inklüzivliyə əsaslanan genişlənmə siyasəti aparmalıdır:

“Bu qurum etiraf edir ki, Türkiyə-Aİ əlaqələrinin hər sahədə gücləndirilməsi zərurəti indi əvvəlkindən daha vacibdir. Türkiyənin Aİ-yə üzvlüyü sadəcə ritorika ilə məhdudlaşmamalıdır. Bu, Aİ-nin əməli addımlarında da özünü göstərməlidir. 2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən sonra Aİ-nin göstərdiyi həmrəyliyi yüksək qiymətləndiririk”.

Xatırladaq ki, Aİ dünən yaydığı hesabatda rəsmi Ankaranın quruma üzvlüyə hələ tam hazır olmadığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti