...

TDT kimi perspektivli strukturların yaradılmasına öncülük etmişik - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 10 Noyabr 2023 15:05 (UTC +04:00)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı kimi perspektivli strukturların yaradılması və beynəlxalq aləmdə səmərəliliyinin artırılmasına öncülük etmişik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan onu da vurğulayıb ki, Türkiyə İslam Əməkdaşlıq Təşkilatının təsis məqsədi olan Qüdsü qorumaq missiyasını layiqincə yerinə yetirmək üçün hər zaman məsuliyyət daşıyıb.

"Getdikcə inkişaf edən Türkiyə mənzərəsinin qarşısını almaq üçün qurulan sxemlər artıq daha aydın görünür. Bunlardan biri də çevriliş dövrlərinin məhsulu olan konstitusiya məsələsidir", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti