...

Qonşu ölkədə balıqçının toruna PUA düşüb

Dünya xəbərləri Materials 11 Noyabr 2023 09:49 (UTC +04:00)
Qonşu ölkədə balıqçının toruna PUA düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.

Trend xəbər verir ki, səhər saatlarında Port-Katon kəndinin 47 yaşlı sakini Taqanroq körfəzində balıq tutmaq istəyib.

Məlumata görə, 47 yaşlı kişi toru sudan çıxarmaq istədikdə PUA-nın olduğunu görüb. Balıqçı tapıntı barədə polisə məlumat verdikdən sonra PUA Federal Təhlükəsizlik Xidməti tərəfindən müsadirə olunub.

PUA-nın kimə məxsus olduğu və dənizə nə zaman düşdüyü ilə bağlı dəqiq məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti