...

Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri həbs edilib

Dünya xəbərləri Materials 12 Noyabr 2023 10:15 (UTC +04:00)
Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri həbs edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbs edilib.

Trend-in məlumatına görə, bu barədə Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidməti bildirib.

"Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır", - deyə qeyd olunub.

Qeyd edək ki, noyabrın 10-da Qazaxıstanın Daxili İşlər Nazirliyi milli iqtisadiyyat nazirinin sabiq müavini Kuandıq Bişimbayevin ölüm faktına görə saxlanıldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti