...

Aİ Qəzzada humanitar fasilənin elan edilməsinə çağırış edib

Dünya xəbərləri Materials 13 Noyabr 2023 00:36 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Qəzzada humanitar fasilənin elan edilməsinə çağırış edib.

Trend xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilib.

"Aİ hərbi əməliyyatların dərhal dayandırılması və humanitar yardımın Qəzza əhalisinə təhlükəsiz şəkildə çatması üçün sərhəd keçidlərində imkanların artırılması və xüsusi dəniz marşrutu da daxil olmaqla humanitar dəhlizlərin yaradılması çağırışlarına qoşulur", - deyə Borrell bildirib.

Bəyanatda qeyd olunub ki, Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanıyır.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti