...

Siciliya adasında Etna vulkanı püskürüb

Dünya xəbərləri Materials 13 Noyabr 2023 10:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Siciliya adasında Etna vulkanı yenidən püskürüb.

Trend xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Məlumata görə, püskürmə vulkanın cənub-şərq kraterində baş verib. İnstitutun ekspertlərinin qiymətləndirmələrinə görə, püskürmə sütununun hündürlüyü dəniz səviyyəsindən təqribən 4,5 min metr hündürlükdə olub.

Etna vulkanının hazırki püskürmə fazasının Siciliyanın Kataniya şəhər aerportunun fəaliyyətinə təsir göstərmədiyi qeyd olunub.

Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahidəsi altındadır. Bir qayda olaraq, bu vulkanın aktivliyi əhali üçün təhlükə törətmir.

Xəbər lenti

Xəbər lenti